MDB-nin Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçiriləcək

23:32 03.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 5-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin görüşü keçiriləcək.

Hafta.az bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Tədbirə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rəhbərlik edəcək. Görüşdə birlik məkanında təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə olunacaq. 

İclasın gündəliyinə Birlik çərçivəsində humanitar və təhsil sahəsində əməkdaşlığın inkişafı məsələləri də daxildir.